Twitter internetsiz telefonlarda da olacaq
  • Röyters xəbər agentliyinin yaydığı məlumata əsasən, Twitter mikrobloqlar xidməti internetə çıxış imkanına malik olmayan mobil telefonlarda əlçatan olacaq.

Şirkət Sinqapurun U2opia Mobile startapı ilə müvafiq saziş bağlayıb. Yeni xidmət 2014-cü ilin birinci rübündə işə salınacaq. Xidmət inkişaf etməkdə olan ölkələrdə büdcəyə uyğun mobil telefon istifadəçiləri üçün nəzərdə tutulub. Twitterin populyar xəbərlər lentini oxumaq üçün xüsusi kod yığmaq lazımdır.

U2opia Mobile startapının artıq Facebook və Google Talk ilə oxşar layihələri var. Startap 30 ölkədə təqdim edilib və öz xidmətlərini 7 dildə təklif edir.
Xatırladaq ki, Wikimedia Foundation fondu bu yaxınlarda Airtel şirkəti ilə birgə layihə təqdim edib. Wikipedia ensiklopediyasına oflayn giriş üçün ödənişsiz SMS xidmətindən söhbət gedir. Yeni xidmət Wikipedia Zero adlanır.
Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.