İlham Əliyev Azərbaycan müəllimlərini təbrik etdi
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan Müəllimlərinin XIV Qurultayına təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli qurultay iştirakçıları! Sizi və sizin simanızda bütün Azərbaycan müəllimlərini səmimi qəlbdən salamlayır, hamınıza can sağlığı və xöşbəxtlik, fəaliyyətinizdə yeni-yeni nəaliyyətlər arzulayıram.

Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşıdırılmasında böyük xidmətləri vardır. dilimizin, əddəbiyyatımızın, mədəniyyətimizin və məınıəviyyaçtımızın kökündə dayanan müəllim daim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunmuşdur. Azərbaycannın əldə etdiyi bütün nəaliyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur.

Təhsil sistemində həyata keçirilən bütün işlər, o cümlədən son 10 il ərzində 2700 məktəbin tikilməsi, təhsilin maliyyələşdirilməsinin artırılması, idarə edilməsinin təkmilləşdirilməsi və digər islahatlar bütövlükdə təhsilimizin aparıcı qüvvəsi olan müəllimin mövqeyinin gücləndirilməsi üçün möhkəm zəmin yaradıb. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasının qəbul olunmasından sonra keçirilməsi qurutlayınızın Azərbaycan müəllimlərinin əvvəlki ali məclislərindən fərqləndirən mühüm hadisədir. Strategiya qarşıdakı dövür üçün milli təhsil sisteminin proritet istiqamətlərini və başlıca məqsədlərini müəyyən edərək sizin qarşınızda xalqımızın gələcəyi naminə həyati əhəmiyyətli yeni vəzifələr qoyur. onun tələbi sürətlə modernləşən ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafına xidmət etməsinin, təhsilin keyfiyyət göstəricinlərinin ən yüksək səviyyəyə çatdırılmasının və bütün pillələrində köklü dönüş yaradılmasının, həmçinin müəlliminin səmərəli fəaliyyətinin dünya standartlarına uyğun təşkilinin təmin olunmasından ibarətdir.

Qurultayınızın ötən müddət ərzində görülən işləri obyektiv qiymətləndirəcəyinə, tale yüklü məsələlər ətrafında müzakirələrin və qərarların ölkənin təhsil sisteminin təkmilləşdirlməsinə öz layiqli töhfəsini verəcəyinə ümidvar olşduğumu bildirib hər birinizə uğurlar arzu edirəm".
Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.