Murmanskdakı atışmada yaralanan azərbaycanlı iş adamı öldü (VİDEO)
  • Dekabrın 4-də Murmanskda baş verən atışmada yaralanan azərbaycanlı iş adamı Həbib Kərimov vilayət xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Bu məlumatı Ümumrusiya Azərbaycanlıları Konqresinin Murmansk şöbəsinin sədri Afil Hüseynov verib.

Qeyd edək ki, dekabrın 4-də Murmanskın Xibinski küçəsi, ev 12 ünvanında silahlı insident qeydə alınıb. Nəticədə iki Azərbaycan vətəndaşı, Lənkəran rayon sakinləri - 1976-cı il təvəllüdlü Nəriman Axundov və 1970-ci il təvəllüdlü Sədi Əzizov ölüb, 1971-ci il təvəllüdlü Rusiya vətəndaşı, Murmanskdakı “Karina” ticarət mərkəzinin sahibi Həbib Kərimov isə ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən H.Kərimov komadan ayılmayıb.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin biznes maraqları üstündə baş verdiyi istisna olunmur.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.