Sədərək Gömrük Məntəqəsinin rəisi Türkiyədə həbs olundu
  • Naxçıvanın Sədərək Gömrük Məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyədə həbs olunub.

Əməliyyatda 130 min dollar, 50 min lirə, 1 icazəsiz silah və çox sayda sənəd ələ keçirilib.

Naxçıvanın Sədərək Gömrük Məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyədə həbs olunub.

Türkiyə mətbuatı verdiyi məlumata görə, Mirməhəmməd Seyidov rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində saxlanılıb.

Belə ki, dünən Qarsa gedən Mirməhəmməd Seyidov təyyarədən düşən kimi Türkiyənin Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Qarsdan İqdıra gətirilən Seyidov xəstəxanada müayinədən keçiriləndən sonra idarəyə aparılıb.

Azərbaycanın İqdırdakı konsulu Asiman Əliyev bu idarəyə gəlib.

Ümumilikdə isə əməliyyat İstanbul, Qaziantep və Artvini əhatə edib. 2 il davam edən təqiblərdən sonra bir çox ünvana polis eyni zamanda basqın edib.

Türkiyə ilə Naxçıvan arasındakı Dilucu Sərhəd Məntəqəsində 280 polisin apardığı əməliyyatda 1-i qadın olmaqla 7 gömrük əməkdaşı saxlanılıb.  Əməliyyatda həmçinin 130 min dollar, 50 min lirə, 1 icazəsiz silah və çox sayda sənəd ələ keçirilib və 10 nəqliyyat şirkətinin sahibi həbs olunub.

 

Hazırda əməliyyatla bağlı araşdırmalar başlanılıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.