Ərdoğandan Hakan Şükürə ağır sözlər
  • Türkiyənin baş naziri Rəcən Tayyib Ərdoğan deputat Hakan Şükürün hakim Ədalət və İnkişaf Partiyasından istefası haqqında 'Gözləmirdim.

Özünə yakıştıramadım. Əgər dürüstsə, özünün parlamentdən də ayrılması lazımdır', - deyib.

Konyada jurnalistlərin suallarını cavablandıran Ərdoğan Hakan Şükürün hakim partiyadan istefası mövzusunda bunları söyləyib:

'Belə bir şeyi gözlədiyimi söyləməyim səhv olar. Gözləmirdim. Çünki belə bir şeyi özünə də yakıştırmadım. Bilərsiniz hər söz sahibinindir, hər söz sahibini bağlar. Niyə kədərlənim. Könül bunu arzu edərdi:  Bir insan bir partiyanın bayrağı altında seçkiyə girirsə, ondan sonra o partiya ilə birlikdə hərəkət edər.  Ayrılırsa da yalnız partiyadan ayrılmaz. Əgər dürüstdürsə, o zaman parlamentdən ayrılar, millət vəkilliyindən ayrılar.  Çünki müstəqil olaraq bu parlamentə gəlmiş biri deyilsən. Olması lazım olan bunu tələb edir. Amma, təbii, bu hər kəsə nəsib olan bir şey deyil”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.