Ali Məhkəmə Gültəkin Hacıbəylinin şikayətini rədd etdi
  • Sabiq deputat Gültəkin Hacıbəylinin əmlakına həbs qoyulması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayəti təmin edilmədi.

Ali Məhkəmə Nəsimi və Apelyasiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb.

Bu barədə G.Hacıbəylinin keçmiş qaynanası Nəhayət Məmmədovanın vəkili Ziyad Abbaszadə məlumat verdib.

Qeyd edək ki, sabiq deputatın keçmiş qaynanası, evdar qadın Məmmədova Nəhayət Vəli qızı Gültəkin Hacıbəylinin maddi imkanı olmadığı üçün ondan evini təmir etdirmək məqsədi ilə millət vəkili olduğu 2003-cü ildə aldığı 50 min ABŞ dolları məbləğində borcun qaytarılması haqqında iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Nəsimi Rayon Məhkəməsində hakim Səyyad Qafarinin sədrliyi ilə keçirilən prosesdə Gültəkin Hacıbəyliyə məxsus ev və maşın, eləcə də həyat yoldaşına məxsus maşın üzərinə həbs qoyulması ilə bağlı qərar çıxarılıb.

G.Hacıbəyli Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti edib. Apelyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Apelyasiya Məhkəməsinin qərarından verilən şikayət də təmin edilməyib. 50 min dollar borcun qaytarılması ilə bağlı Nəhayət Məmmədovanın iddiasını Nəsimi Rayon Məhkəməsi araşdıracaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.