İsa Qəmbərin oğlu və dostları Azərbaycanı “baqaja qoydular”
  • “Şahdəniz-2” yatağı üzrə investisiya sazişinin imzalanması mərasimində iştirak etmək üçün Bakıya gəlmiş Böyük Britaniyanın XİN rəhbəri Uilyam Heyg dünən Azərbaycan vətəndaş cəmiyyəti fəalları – Xədicə İsmayıl, Emin Hüseynov, Turğut Qəmbər, Bəxtiyar Hacıyev və Əli Novruzovla görüşüb.

Görüşdə Azərbaycanda insan hüquqları, vətəndaş azadlıqları sahəsində vəziyyət müzakirə olunub.

Görüş iştirakçılarından birinin “Turan”-a verdiyi məlumata görə, Heygə Azərbaycan hökumətinin insan hüquq və azadlıqları sahəsində milli qanunvericiliyi və beynəlxalq öhdəliklərini pozması faktları haqqında məlumat verilib.

“Amma görünürdü ki, nazirin ölkədə baş verənlər barədə məlumatı var”, - deyə həmsöhbət bildirib.

Vətəndaş cəmiyyəti fəalları Böyük Britaniyanı öz nüfuzundan istifadə etməyə və Azərbaycan hökuməti ilə münasibətlərdə insan hüquqları ilə bağlı prinsipial mövqe tutmağa çağırıblar. Xüsusən, Azərbaycanı Böyük Britaniyanın insan hüquqlarını pozan ölkələr hesab etdiyi və illik “İnsan hüquqları və demokratiya” hesabatında izlədiyi ölkələr siyahısına daxil etmək təklif olunub. Siyahıya 27 ölkə daxildir, onların 4-ü postsovet ölkəsidir: Rusiya, Belarus, Türkmənistan və Özbəkistan.

Xatırladaq ki, Turqut Qəmbər Müsavat başqanı İsa Qəmbərin oğludur.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.