Obama da Soçiyə gedəsi olmadı
  • Ağ Ev Soçidə keçiriləcək qış olimpiya oyunlarının təntənəli açılışına gedəcək rəsmi nümayəndə heyətinin tərkibini açıqlayıb.

Heyətə keçmiş milli təhlükəsizlik naziri Canet Napolitano başçılıq edəcək. Prezident Barak Obama isə Soçiyə səfər etməyi planlaşdırmayıb.

Nümayəndə heyətinin tərkibində ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol, prezidentin müşaviri Robert Nabors, fiqurist Brayn Boytano və tennis üzrə çempion, aşkar olaraq, homoseksual olduğunu deyən Blli Cin Kinq də var.

Bağlanış mərasiminə isə ABŞ dövlət katibinin birinci müavini Uilyam Bens, səfir Makfol, konki qaçışı üzrə olimpiya mükafatçısı Bonni Bler və Erik Hayden, hokkeyçi Keytlin Kaxou gedəcək.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.