Ərdoğan rüşvətə görə saxlanılanlardan danışdı
  • "Bəzi insanlar istədikləri qədər çirkin yollara əl atsınlar... Türkiyədə söz millətindir, qərar millətindir, iradə millətindir!"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarında rüşvət üstündə saxlanılanlar barəsində danışıb. Təqsidləndirilən insanların saxlanılmasından sonra ilk dəfə danışan Baş nazir düzgünlükdən və mübarizədən geri çəkilməyəcəklərini deyib: "Bəzi insanlar istədikləri qədər çirkin yollara əl atsınlar... Türkiyədə söz millətindir, qərar millətindir, iradə millətindir!"

Əsasən İstanbulda keçirilən əməliyyat barəsində danışan Ərdoğan qeyd edib ki, araşdırmalar sona çatmamış bu barədə bir söz söyləmək mümkün deyil.

Xatırladaq ki, saxlanılan şəxslər arasında türkiyəli müğənni Ebru Gündəşin həyat yoldaşı azərbaycanlı iş adamı Rza Zərrabın adı da hallanır. Bir neçə ay izlənildikdən sonra onun rüşvət verdiyi ortaya çıxıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.