Türkiyədə 5 polis rəisi vəzifədən çıxarıldı
  • Dekabrın 17-də Türkiyədə rüşvət, korrupsiya və qaçaqmalçılıqla mübarizə çərçivəsində 3 nazir övladı da daxil olmaqla, 52 nəfərin saxlanılması ilə nəticələnən əməliyyatı təşkil edən və həyata keçirən polis rəisləri bu gün səhər vəzifədən uzaqlaşdırılıb.

İstanbul Əmniyyət Müdirliyinin (polis idarəsi) maliyyə şöbəsinin müdiri Yaqub Sayqılı, Qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin müdiri Toğrul Turhal, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin müdiri Nazmi Ardıç, Terrorla mübarizə şöbəsinin müdiri Ömər Kösə və Asayiş şöbəsinin müdiri Ərsan Ərçıktı vəzifələrindən kənarlaşdırılıblar.

 

Bu şəxslərin nurçulara yaxın olduğu bildirilir. Hökumət son həbslərdə məhz nurçu polis və prokurorları günahlandırır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.