Rüstəm İbrahimbəyovdan sensasion açıqlamalar
  • Milli Şuranın fəxri sədri, kinorejissor Rüstəm İbrahimbəyov uzun müddətdən bəri davam edən sükutu pozub.

“Yeni Müsavat” əməkdaşının bir neçə günlük israrlarından sonra qəzetə geniş müsahibə verən R.İbrahimbəyov son vaxtlar gərgin iş qrafikində işlədiyini əsas gətirib və yaradıcılıq işlərindən danışıb.

Milli Şura daxilində və ətrafında baş verənlərə, fəxri sədr seçilməsindən sonra bu məsələ ilə bağlı fərqli fikirlərə reaksiya verən İbrahimbəyov sensasion açıqlamalar verib. R.İbrahimbəyov Azərbaycandakı son mitinqi dəyərləndirib, Rusiya vətəndaşlığından imtinanın sonucu, bir aya yaxındır ayaqda olan ukraynalılara dəstək üçün Maydana niyə getmədiyi barədə danışıb, qarşıdakı planları haqda maraqlı açıqlamalar verib. O, Azərbaycana qayıdış vaxtının tarixini də açıqlayıb. Kinorejissor Avrointeqrasiya ilə bağlı mövqeyini bölüşüb və bir sıra başqa maraqlı açıqlamalar, xalqa, iqtidara və müxalifətə yönəlik mesajlar verib. Onu da qeyd edək ki, R.İbrahimbəyov müsahibəni hava limanında təyyarənin trapı qarşısındaca verib. Onun hansı ölkəyə uçması, nə zaman geri dönəcəyi və sairlə bağlı müsahibəni “Yeni Müsavat”ın sabahkı-19 dekabr tarixli sayında oxuya bilərsiniz.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.