Cəmil Həsənli İsa Qəmbərin Kiyev səfərinə münasibət bildirdi
  • Bunu açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib: “Kimlərsə deyir ki, İsa Qəmbər niyə “Məhsul”u yox, “Maydan”ı seçdi.

Əslində, İsa Qəmbərin Kiyevə səfəri bütün dünya demokratik güclərinin birliyinə qoşulmaq məqsədi daşıyırdı. Bu, həmçinin Azərbaycan üçün də xeyirlidir. Dünya görür ki, Azərbaycan da demokratik qüvvələrin yanındadır. Müsavat Partiyası Milli Şuranın üzvü olduğu üçün deyərdim ki, bu həm də bizim orada çıxış etməyimiz, bizim demokratik güclərə dəstəyimiz deməkdir. Burada pis heç bir şey yoxdur”.

Qeyd edək ki, 15 dekabrda Milli Şuranın mitinqi günü Müsavat başqanı İsa Qəmbər Kiyevə gedərək, Avromaydan adlandırılan yerdə ünmayişçilər qarşısında çıxış edib. Həmin çıxış canlı yayınla dünyanın 40-dan artıq ölkəsinə nümayiş etdirilib.

(Hafta.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.