Castin Biber səhnəni tərk edəcəyini bəyan edib
  • Qalmaqalları ilə yadda qalan 19 yaşlı Castin Biber rəsmi olaraq məlumat verib.

Məşhur müğənni Los-Ancelesdə “Power 106” radiosunda qonaq olarkən karyerasını sonlandıracağı barədə söz açıb.

“Yeni albomum işıq üzü gördükdən sonra mən səhnəni tərk edib təqaüdə çıxacam” - deyib.

İfaçının bu sözləri radionun aparıcısı daxil olmaqla bütün dinləyiciləri şoka salıb. Pərəstişkarları radiostansiyanı zəngləri, mesajları ilə gülləyə tutublar.

Castin bildirib ki, o, dahi sənətkar kimi kənarda öz mahnılarını yazacaq və daha ciddi təbəqəyə qaldıracaq. Bu məlumatdan sonra, müğənninin yaxınları Castinin sadəcə zarafat etdiyini, səhnədən heç bir yerə getmədiyini deyiblər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.