Ərdoğanın oğlu Bilal Ərdoğan da həbs edilə bilər
  • Türkiyədə dünəndən başlayan əməliyyatlar çərçivəsində baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğan da həbs edilə bilər.

Rüşvət və korrupsiya ittihamı ilə açılan cinayət işinə B.Ərdoğanın da adının daxil edilməsi gözlənilir.

Belə ki, dünən həbs edilən şəxslərdən Fatih bələdiyyəsinin AKP-li sədri Mustafa Dəmirin Türkiyə baş nazirinin oğlu ilə birbaşa münasibətləri var. Ona qarşı ittihamlardan biri bundan ibarətdir ki, sədrlik etdiyi bələdiyyənin ərazilərində qeyri-qanuni olaraq inşaat icazəsi verib. Bu isə Bilal Ərdoğanı birbaşa cinayət işinə daxil edir.

Fatih bələdiyyəsi Bilal Ərdoğanın da idarə heyəti üzvü olduğu Türkiyə Gənclik və Təhsilə Xidmət Vəqfi üçün tələbə yataqxanası tikib və həmin yataqxana ötən ay bu vəqfə 25 illiyinə pulsuz icarəyə verilib. Bu vəqfin idarə heyəti üzvlərindən biri isə həbs olunan Fatih bələdiyyəsinin sədri Mustafa Dəmirdir. Onu da bildirək ki, adı çəkilən vəqfin idarə heyəti üzvləri arasında baş nazir Ərdoğanın daha bir neçə ailə üzvü var.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.