Zərrabın atına da əl qoyublar
  • Türkiyədə rüşvət əməliyyatı ilə saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabın bütün əmlakı müsadirə edilməklə yanaşı, xanımı Əbru Gündəşə həddiyələri də müsadirə olunub.
R.Zərrabın müsadirə edilən əmlakı arasında «Challenger 300» tipli özel jet, «El Ganador» adlı ingilis atı və hətta saxlanmazdan 2 gün əvvəl Ə.Gündəşə aldığı Nazmi Ziyanın tablosu da var. Hərracdan 1,5 milyon lirəyə aldığı tablo ilə yanaşı, R.Zərrab ingilis yarış atının da aqibəti maraq doğurur. Türkiyə Jokey Klubunun məlumatına görə, at hər il 182 min lirə qazanc gətirir.
R.Zərrabın başqa bir atı- “Dutty Free” isə müsadirə edilməyib. Buna səbəb atın Ebru Gündeş Sarraf adına qeydiyyatda olmasıdır.
Qeyd edək ki, bundan əvvəl R.Zərrabın “Royal Holdinq" şirkəti və “Are” Havacılıq Şirkəti də müsadirə edilib
Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.