Mark Zuckerberg Facebooku satır
  • Facebookun yaradıcısı bunun sayəsində 2,3 milyard dollar qazanacaq. Qərb mətbuatı xəbər verir ki, Facebook sosial şəbəkəsi 70 milyon səhmini satışa qoyub.

Səhmlərin 27 milyonu şirkətə, 43 milyonu isə səhmdarlar tərəfindən açıq bazarda satılacaq. Səhmlərin 41,4 milyonunu sosial şəbəkənin yaradıcısı və baş direktoru 29 yaşlı Mark Çukerberq öz payından satacaq. Biznes sazişdən Çukerberq 2,3 milyard qazanacaq. Bununla da, onun “Facebook”dakı səhmləri 58,8%-dən 56,1%-ə qədər azalacaq.

Xatırladaq ki, “Forbes” jurnalının 2013-cü ilə olan məlumatına görə Mark Çukerberq 19 milyard dollar şəxsi sərvətlə dünyanın 20-ci ən zəngin insanı olub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.