İslam Partiyası Şeyxi yeni ildə şənlik keçirməməyə çağırdı
  • Azərbaycan İslam Partiyası Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə müraciət edib.

Müraciətdə deyilir:

- Hörmətli Hacı Allahşükür Paşazadə! Dekabrın 31-i əziz islam peyğəmbəri həzrət Məhəmmədin vəfatı, həmçinin İmam Həsənin şəhadəti günüdür. Eyni zamanda həmin tarix miladi təqvimi ilə yeni il axşamıdır. Hesab edirik ki, peyğəmbərin vəfatı gününü ümumxalq anım günü kimi keçirmək vacib məsələdir. Həmin gün televiziya kanallarında bayram şouları məhdudlaşdırılmalı, ilahiyyatçı alimlərin moizə və söhbətlərinə geniş yer ayrılmalıdır.

Vətənimiz hər an zalım düşmənlə üz-üzədir. Torpaqlarımız işğal altındadır. Azərbaycan şəhidlər diyarıdır. Dünyada müsəlman xalq, peyğəmbər ümməti kimi tanınırıq. Din təəssübkeşliyi, Allah və peyğəmbər sevgisi, əhli-beyt aşiqliyi canımızda, qanımızdadır. Bu müqəddəs sərvətlər uğrunda şəhadətə hazır olmayınca arxayınçılıq, rahatlıq bizlərə haramdır. İnsanlara islamın bu kimi əsl mahiyyətini aşılamaq, maarifləndirmək üzərinizə düşən böyük məsuliyyətdir. Müsəlman xalqı üçün əvəzsiz mahiyyət daşıyan tarixi günlərin hər şeydən öncə anılması vacib olan addımların başlanğıcı olmalıdır.

Ümid edirik ki, cəmiyyətimizi narahat edən hallarla bağlı müraciətimizdən nəticə çıxaracaq, konkret addımlar atacaqsınız.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.