“Qartal” İstanbulda “Fırtına”ya düşdü (VİDEO)
  • İlk oyun günündə 4 qarşılaşma baş tutub. “Fənərbaxça” öz meydanında “Gənclərbirliyi”nə divan tutub. İstanbul klubu ankaralı qonaqları 6:1 hesablı yenilgi ilə yola salıb.

Daha bir bol qollu oyun Ankarada baş tutub. Şəhərin “Ankaragücü” klubu “Eskişəhərspor”a 2:5 hesabı ilə yenilib.

Jabanın çıxış etdiyi “Antalyaspor” evdə məğlubiyyət acısı yaşayıb. “Bakı”nın sabiq üzvünün 56 dəqiqə oynadığı oyunda “Samsunspor” 2:0 hesablı qələbə qazanıb.

Debütantlar – “Mersin İdman Yurdu” və “Orduspor” arasındakı matçı isə birincilər qazanıb. Matçın taleyini bir qol həll edib.

İkinci oyun günündə 4 qarşılaşma baş tutub. Mərkəzi oyun İstanbulda “Beşiktaş”la “Trabzonspor” arasında baş tutub. Trabzon təmçilçisinin üstünlüyü şəraitində keçən qarşılaşmanın ilk yarısı 0:0 hesabı ilə başa çatıb. 50-ci dəqiqədə Hüqo Almeyda “Beşiktaş”ı hesabda önə keçirib. 63-cü dəqiqədə Burak Yılmaz tarazlığı bərra edib. 78-ci dəqiqədə isə Qustavo Kolman “Trabzonspor”a qələbə qazandıran qola imza atıb.

Digər üç oyunda isə ev sahibləri quru hesablı qələbə qazanıb. Belə ki, “Qaziantepspor” “İstanbul BB”ni 5:0, “Bursaspor” “Karabükspor”U 3:0, “Kayserispor” isə “Manisaspor” 2:0 hesabı ilə yenib.

Tura bu gün keçiriləcək “Sivasspor” – “Qalatasaray” oyunu ilə yekun vurulacaq.

Türkiyə
Super Liqa
XXVIII tur

3 mart
Ankaragücü – Eskişəhərspor 2:5
Qollar: Atilla Qarhan, 37. Serol Demirhan, 54 – Diomansi Kamara, 38; 61. Erkan Zengin, 56. Angelo de Oliveyra Dieqo, 60. Alper Potuk, 70.

Antalyaspor – Samsunspor 0:2
Qollar: Teofanis Gekas, 14-pen. Ekiqo Ehiosun, 88.

Mersin İdman Yurdu – Orduspor 1:0
Qol: Spas Delev, 16.

Fənərbaxça – Gənclərbirliyi 6:1
Qollar: Miroslav Stoç, 2; 38. Mussa Sov, 20. Emre Belezoğlu, 56. Aleks, 64. İssiar Dia, 68 – Soner Aydoğdu, 60-pen.

4 mart
Bursaspor – Karabükspor 3:0
Qollar: Pablo Martin Batalla 24 Sebastian Pinto 45 Alfred N`Diaye 56

Kayserispor – Manisaspor 2:0
Qollar: Sefa Yılmaz, 79. Nordin Amrabat, 86.

Qaziantepspor – İstanbul BB 5:0
Qollar: Yasin Pehlivan, 12. İvelin Popov, 33. Muhammet Demir, 60. Elyasa Süme, 72. Viktor Sosa, 81.

Beşiktaş – Trabzonspor 1:2
Qollar: Hüqo Almeyda, 50 – Burak Yılmaz, 63. Qustavo Kolman, 78.

5 mart
22.00 Sivasspor – Qalatasaray

1 Qalatasaray 28 19 6 3 54 – 21 63
2 Fənərbaxça 29 17 6 6 53 – 31 57
3 Trabzonspor 29 14 7 8 55 – 36 49
4 Beşiktaş 29 14 7 8 42 – 33 49
5 Gənclərbirliyi 29 12 8 9 45 – 44 44
6 Eskişəhərspor 29 13 5 11 37 – 36 44
7 Sivasspor 28 11 10 7 50 – 44 43
8 Bursaspor 29 11 9 9 38 – 29 42
9 İstanbul BB 29 11 7 11 43 – 45 40
10 Mersin 29 11 6 12 32 – 37 39
11 Orduspor 29 10 8 11 26 – 30 38
12 Kayserispor 29 11 4 14 33 – 35 37
13 Qaziantepspor 29 9 8 12 32 – 33 35
14 Antalyaspor 29 9 8 12 27 – 35 35
15 Karabükspor 29 10 4 15 38 – 51 34
16 Samsunspor 29 7 8 14 32 – 43 29
17 Manisaspor 29 7 8 14 27 – 38 29
18 Ankaragücü 29 2 5 22 21 – 64 11

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.