Müsavat Məclisinin sədri: “Milli Şura artıq missiyasını başa çatdırıb”
  • “Milli Şura artıq öz missiyasını başa çatdırıb. Hesab edirəm ki, bugünkü vəziyyətdə, bugünkü əsasnamə ilə Milli Şura heç 2014-cü ilin yayına qədər fəaliyyət göstərə bilməyəcək”.

“Milli Şura artıq öz missiyasını başa çatdırıb. Hesab edirəm ki, bugünkü vəziyyətdə, bugünkü əsasnamə ilə Milli Şura heç 2014-cü ilin yayına qədər fəaliyyət göstərə bilməyəcək. Buna görə də, biz Milli Şuranın yenilənməsinə cəhd etmək istəyirik”.

APA-nın məlumatına görə, bunu Müsavat Partiyası Məclisinin sədri, Milli Şuranın üzvü Arzu Səmədbəyli partiya Məclisinin toplantısındakı çıxışı zamanı deyib.

A. Səmədbəyli bildirib ki, indiyədək Müsavat Partiyası Azərbaycanda bir çox birliklərin üzvü olub: “İndiyədək Milli Şuradan dəfələrlə geniş tərkibli SİDSUH təşkilatı, Azadlıq bloku və başqa birliklərin üzvü olmuşuq. Builki seçkilərdə isə Milli Şura formalaşdı və biz həmişəki kimi orada aparıcı qüvvə olduq. Mənə elə gəlir ki, bu birlikdə də fövqəladə hal baş vermədi. Nəticə mənim gözlədiyimdən xeyli dərəcədə zəif oldu. Düzdür, Cəmil Həsənlinin timsalında siyasi lider qazandıq, amma Cəmil Həsənlini dəstəkləyən Ziyalılar Forumunun üzvləri siyasi proseslərə qatılmadılar, mitinqlərə gəlib Cəmil Həsənliyə dəstək olmadılar. Milli Şura yalnız prezident seçkilərində vahid namizədlə iştirak etmək məqsədilə yaradılıb. Biz isə qarşıdakı strategiyamıza baxmalıyıq. Qarşıdan bələdiyyə, parlament seçkiləri gəlir”.

A. Səmədbəyli qeyd edib ki, Milli Şura ilə bağlı partiya Divanının hər hansı qərarı yoxdur: “Milli Şura ilə bağlı partiyanın Divanında müzakirələr aparırıq. Sonda qərar qəbul edəcəyik”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.