Şumaxer 750 milyon sərvətini vəsiyyətini kimə vəsiyyət edib?
  • “Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin durumunda müsbət irəliləyiş yoxdur.

Əfsanəvi pilot hələ də komadadır. Həkimlərin rəyinə görə, Şumaxer özünə gəlsə belə onun bədəninin sol hissəsinin iflic olması və səsini itirməsi ehtimalı var.

Bu arada almaniyalı pilotun vəsiyyətnaməsi üzə çıxıb. Şumaxer həyatını itirəcəyi təqdirdə onun 750 milyon avro sərvəti, həmçinin avtomobilləri ilə daşınmaz əmlakı həyat yoldaşı və iki övladı arasında bölüşdürüləcək.

Qeyd edək ki, Şumaxer dekabrın 29-da Fransanın Alp dağlarının ətəyində yerləşən Meribel qış-turizm şəhərciyində xizəklə sürüşən zaman yıxılaraq ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan vaxt huşsuz vəziyyətdə olan 44 yaşlı almaniyalının beyninə qan sızdığı bildirilirdi. Kəllə-beyin travması diaqnozu qoyulan pilot komaya düşdüyündən həyatını itirmək ehtimalı var

(apasport.az).

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.