Abşeronda dəhşətli qətl
  • Ötən gecə Abşeron rayonu ərazisində 18 yaşlı gənc dəhşətli qətl törədib. Qanlı hadisə Müşfiqabad qəsəbəsində, Quşçuluq massivi, ev 108-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 18 yaşlı Elmir İbrahimov ailə-məişət zəminində öz doğma anası 50 yaşlı Aygün Aydın qızı İbrahimovaya və tanışı 20 yaşlı Nizami Cəbrayıl oğlu Abdullayevə bir neçə bıçaq xəsarəti yetirib.

Elmir İbrahimov hər iki şəxsə bıçaq zərbələri endirməzdən öncə onların arasında mübahisə də yaranıb. Bundan sonra səs-küyə ailənin digər üzvləri və qonşular gəlib. Hər iki yaralı təcili tibbi yardım maşını ilə 1 saylı xəstəxanaya gətirilib. Ancaq xəsarəti daha ağır olan Aygün İbrahimova yolda dünyasını dəyişib. Digər yaralı Nizami Abdullayevin həyatını isə həkimlər xilas edə bilib.

Qətlin təfərrüatlarını Abşeron rayon Prokurorluğu araşdırır. Hadisə barədə məlumatı əldə edən rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları İbrahimovların yaşadığı ünvana baxış keçirib. Hadisəni törətməkdə şübhəli bilinən Elmir İbrahimov artıq saxlanılıb.

İstintaqa verdiyi ilkin ifadəsində o, qətli qısqanclıq zəminində törətdiyini bildirib. Məlumat üçün bildirək ki, dünyasını dəyişən Aygün İbrahimova orta məktəb müəllimidir və o, məktəbdə tarix fənnini tədris edirmiş. Elə hadisədə bıçaq yarası alan Nizami Abdullayevin də onun tələbəsi olduğu və İbrahimovların evinə tez-tez gəlib-getdiyi qeyd edilir.

Faktla əlaqədar Abşeron rayon Prokurorluğunda cinayət işi başlanılıb, itsintaq araşdırmaları aparılır.

(ANS)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.