SOCAR Georgia-nın baş direktoru Gürcüstandakı erməni kəndlərinin qazlaşdırılması haqqında
  • SOCAR Georgia-nın baş direktoru Mahir Məmmədov Gürcüstanda əsasən azərbaycanlıların yaşadıqları bəzi kəndlərdə təbii qazın olmaması məsələsinə aydınlıq gətirib.

Qeyd edək ki, həmin kəndlərin sakinləri Gürcüstanda ilk növbədə erməni əhalisinin yaşadığı kəndlərin qazlaşdırılmasından narazılıqlarını bildirmişdilər - axı qaz Azərbaycanındır.

Mahir Məmmədovun Vesti.Az-a bildirdiyinə görə, kənd sakinlərinin ittihamları əsassızdır.

“Bu, xalis spekulyasiyadır. SOCAR barəsində danışılan kəndlərdə qazpaylayıcı şəbəkənin sahibi deyil. Qazlaşdırma ilə problemlərin olduğu azərbaycanlıların yaşadıqları kəndlər var, lakin həmin yerlərdə qazpaylayıcı şəbəkələrin sahibi Gürcüstanın neft-qaz korporasiyasıdır.

Dövlət həmin şəbəkələri köhnə olduqları üçün idarə edə bilmir və buna görə də, narahatlıq keçirir. Buna görə də, həmin şəbəkələri bizə vermək qərarına gəlib. Bu, yeni qərardır. Erməni kəndlərinə qazın verilməsi, azərbaycanlıların yaşadıqları kəndlərə isə qazın verilməməsinə gəldikdə, mən bununla qətiyyən razı deyiləm. Həmin azərbaycanlıların yaşadıqları həmin kəndlər bizim mülkiyyətimiz deyil. Əgər sahibi başqasıdırsa, biz ora necə qaz verə bilərik? Qazpaylayıcı şəbəkələrin SOCAR-a verilməsi prosesi artıq başlayıb” – deyə, Məmmədov bildirib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.