Nuşirəvan Məhərrəmlidən “cin məsələsi”nə reaksiya
  • ANS telekanalında yayımlanan “Adam içində” verilişinin canlı efirində həyata keçirilən “cin çıxarma” əməliyyatına Milli Televiziya və Radio Şurasından da reaksiya gəldi.
Son vaxtlar sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilən məsələ ilə bağlı qurumun sədri Nuşirəvan Məhərrəmli “Qafqazinfo”ya açıqlama verərək bildirib ki, bu məsələ şuranın sabahkı iclasında müzakirə olunacaq və lazımı ölçü götürüləcək: “Təəssüf edirəm ki, sosial problemli insanların vəziyyətləri üzərində şou düzəldirlər. Bu, xoşagələn hadisə deyil. Fiziki, mənəvi problemləri olan insanların durumu ilə əylənmək olmaz”.
Qeyd edək ki, Elgiz Əkbərin təqdimatı ilə yayımlanan “Adam içində” proqramı zamanı cindar Həsən canlı efirində epilepsiya xəstəsi olan və daxilində cin olduğu iddia edilən gənc qızın bədənindən cin çıxarır. Canlı efirdə bütün bu yaşananlar sosial şəbəkələrdə də etirazla qarşılanıb.
Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.