Messinin qırmızı kostyumunun sirri (FOTO)
  • Yanvarın 13-də “Qızıl top” mükafatlandırma mərasiminə tünd-qırmızı kostyumla qatılan argentinalı futbolçu Lionel Messinin qeyri-adi rəng seçimi hələ də müzakirə olunur.

Ulduz futbolçunun bu dəsti geyinmək üçün “Dolce&Gabbana”dan 1 milyon avro pul aldığı iddia edilir.

İspaniyanın məşhur “El mundo Deportivo” qəzeti Messinin bu kimi əhəmiyyətli tədbirlərdə ənənəvi geyim sponsoru olan brendin məhsullarından istifadə etmək üçün külli miqdarda pul tələb etdiyini bildirir.

Qeyd edək ki, Messinin əsas geyim dəstəkçisi “Dolce&Gabbana”dır. Futbolçunun adıçəkilən tədbirdə geyindiyi kostyumun dəyəri 1500 avrodur. “Qızıl top”a sahib çıxan Kriştiano Ronaldo isə gecədə “Dsquared”in 3000 avroluq kostyumuna üstünlük verib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.