Evində fahişəxana təşkil edən bağça müdiri tutuldu
  • Evində əxlaqsızlıq yuvası təşkil etməklə pul qazanan Tərtər rayon sakini, 1958-ci il təvəllüdlü İzahət Bəhram qızı Axundova saxlanılıb.

Tərtər rayon sakini 25 yaşlı Pərvin Tağızadəni və Bərdə rayon sakini Vəfa Qocayevanı öz evində gəlir əldə etmək məqsədi ilə müəyyən məbləğ qarşılığında kişilərə təklif edib.

Aparılan əməliyyat tədbirləri zamanı İzahət Axundovanın evində qızlarla bərabər Anar Hüseynov və Tofiq Həsənov adlı şəxslər də yaxalanıb. Tərtər Rayon Polis Şöbəsində aparılan dindirilmələr zamanı qızlar öz ifadələrində deyiblər ki, oğlanlarla görüşmələri müqabilində hər birinə 50 manat məbləğində pul verilib.

Tərtər rayon Polis Şöbəsindən isə bildirilib ki, İzahət Axundova Anar Hüseynov ilə Tofiq Həsənovdan 250 manat pul götürüb. Həmin puldan qızlardan hər birinə 50 manat verib. Qalanını özünə götürüb. Araşdırmalar zamanı o da məlum olub ki, evində əxlaqsızlıq yuvası təşkil edən İzahət Axundova rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarından birinin müdiridir.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.