Dünyanın ən varlı adamlarının siyahısı
  • Meksikanın Livan əsilli biznesmeni Karlos Slim 68,050 milyard dollar var-dövlətlə yenidən dünyanın ən varlı adamıdır. Bu barədə Bloomberg-in reytinqində göstərilir.

Bloomberg reytinqi dünyanın ən varlı 20 adamının kapitallarına görə tərtib olunur. İkinci yerdə Microsoft-un qurucusu Bill Geyts (62,4 milyard dollar), üçüncü yerdə amerikalı millyarder Uorren Baffet (43,8 milyard) gedir. IKEA mebel mağazaları şəbəkəsinin qurucusu İnqvar Kamprad 42,5 milyard dollarla dördüncüdür. Fransalı sahibkar Bernar Аrno 42,3 milyard dollarla dünyanın ən varlı beşinci adamıdır.

Slim ilk dəfə deyil ki, dünyanın ən varlı adamı titulunu qazanır. 2010-cu ilin yekunlarına görə, o 74 milyard dollarla dünyanın ən varlı adamı olub.

72 yaşlı Slimin əsas biznesi Meksika və Latın Amerikası ölkələrinin telekommunikasiya bazarı ilə bağlıdır. Meksikadakı America Movil, Telcel, Telefonos de Mexico, Altria Group şirkətləri, Grupo Carso holdinqi, Braziliyadakı Embrate şirkətləri ona məxsusdur.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.