Ərdoğanın qızı rüşvətxorluqda günahlandırılır
  • Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlundan sonra növbəti rüşvət qalmaqalında onun qızı Süməyya Ərdoğanın adı hallanmağa başlayıb, Türkiyə KİV yazır.

İstintaqın əlinə Baş nazirin qızının rəhbərliyə yaxınlığı ilə fərqlənən iş adamı Mustafa Lətif Topbaşla telefon danışıqları düşüb.

Telefon danışıqlarından məlum olub ki, iş adamı İzmirdə 8 villa tikib, lakin yerli qubernator Cahit Kirac inşaat işlərini qeyri-qanuni elan edərək, villaları sökmək barədə göstəriş verib. Bundan sonra iş adamı Süməyya Ərdoğana müraciət edib və qubernator işdən çıxarılıb.

İnternetdə Baş nazir qızının iş adamı ilə telefon danışıqlarının ikinci hissəsi yerləşdirilib. Bu danışıqlardan məlum olur ki, Süməyya Ərdoğan Lətif Topbaşdan iki villa hədiyyə alıb.

Süməyya Ərdoğan iş adamına bildirib ki, o, anası ilə iki villaya baxıb və onları çox bəyəniblər. Lakin o, həmin villaların planlaşdırmasında dəyişiklik olunmasını istəyib. Belə ki, Baş nazirin qızı çimərkən onları heç kimin görməməsi üçün hovuzun qarşısında hasar çəkməyi tələb edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.