Ukraynada azərbaycanlı körpəni şirin pəncəsindən xilas etdi (VİDEO)
  • Oğlan heç düşünmədən hasardan adlayıb və yırtıcının başından vurub.

Ukraynada sirkdən olan şir az qala iki yaşlı uşağı parçalayacaqmış. Uşağın anası mağazada ləngiyən an, körpə küçəyə çıxıb və yaxınlıqda yerləşən, hərəkət edən sirkə tərəf yönəlib, Ukraynanın NTN telekanalı xəbər verir

Bu barədə Krımın azərbaycanlılar icmasının rəhbəri Rəhim Hümbətov danışıb.

Bayram ərəfəsində Kiyev sakini, azərbaycanlı Raqif Qasımov Brovarı adlanan yerin yaxınlığında elektrik qatarını gözləyirmiş. Birdən o, yaxınlıqdakı sirkdən uşağın qışqırtı səslərinin gəldiyini eşidib.

Raqif Qasımov görüb ki, şir uşağı ağzında saxlayıb, onu parçalamaq istəyir. Həmyerlimiz dərhal hadisə yerinə qaçıb.

O, düşünmədən hasarı aşıb və əlinə keçən daşla şirin başından vurub.

Səs-küyə yerli personal gəlib. Qorxmuş şir körpəni buraxıb və sahibi tərəfindən hadisə yerindən uzaqlaşdırılıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.