Cəmil Həsənli Eldar Namazovun istefasından danışdı
  • Milli Şura sədri Cəmil Həsənli EL Hərəkatının rəhbəri Eldar Namazovun qurumdan istefa verməsinə münasibət bildirib.

O, azvision.az-a açıqlamasında bildirib ki, Eldar Namazov olmasa da Milli Şura fəaliyyətini davam etdirəcək: “EL Hərəkatının xeyli üzvü Milli Şuranın üzvüdür. Onlar bu məsələni fərdi qaydada həll etmək barədə qərar veriblər. Eldar Namazov Milli Şuradan çıxsa da Eldəniz Quliyev, Nurəddin Mustafayev və digərləri Milli Şurada təmsil olunurlar. Hər halda arzu etməzdik ki, Eldar Namazov istefa versin. Amma Milli Şura fəaliyyətini davam etdirəcək. Eldar Namazova uğurlar arzulayıram”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.