İranda 8 nəfər edam edilib
  • Məhbuslardan yeddisi narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq Əlborz vilayətində, biri isə qətldə ittiham edilərək Ərdəbil vilayətində asılıb.

Əlborz vilayətində edam olunanların ad və soyadları da açıqlanıb. Bunlar Bəhram Soltani, Möhsün Davudi, Hadi Beygi, Meysəm Haci, Feyz Məhəmmədi Sabirzehi, Nəzərəli Fəkuk və Yunis Kərəmidir. Ümumiyyətlə, İranda edamların 50%-i narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə həyata keçirilir və bu da həmişə beynəlxalq hüquq müdafiə təşkilatlarının etirazı ilə qarşılanır.

Ərdəbil vilayətində dara çəkilən məhbusun isə yalnız ad və soyadının baş hərfləri açıqlanıb. Vaxtilə yoxsulluq səbəbindən böyrəyinin birini satmaq məcburiyyətində qalmış və adi fəhlə olan həmin şəxsin bir qızı qətlə yetirdiyi bildirilir. Məhbusun ailəli və bir qızı olduğu qeyd edilib.

Qərarlar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 26-də səhər saatlarında Kərəc şəhərinin Qızılhasar həbsxanasında və yanvarın 27-də səhər saatlarında Meşkinşəhr (Xiyov) zindanında icra olunub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.