Zakir Həsənov Rəhim Cəfərovun yerinə təyinat etdi
  • “Xalq Bank”ın mühafizə xidmətinin rəhbəri Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi təyin edilib.

“Xalq Bank”ın Mühafizə Xidmətinin rəhbəri polkovnik İlqar Mazanov Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə gətirilib. İlqar Mazanov bu vəzifədə general-mayor Rəhim Cəfərovu əvəzləyib.

Məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinə göndərdiyimiz sorğuya cavab olaraq nazirliyin mətbuat xidməti faktı təsdiqləyib:

“Məsələlərə şərh vermədən bildiririk ki, həqiqətən polkovnik İlqar Mazanov Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini icra edir”.

Qeyd edək ki, İlqar Mazanov bir müddət əvvəl bankdakı vəzifəsindən istefa verib.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.