Müharibə istisna deyil (RƏSMİ)
  • Prezident Administrasiyasından cəbhədəki son hadisələrə reaksiya gəldi. Azərbaycan Qarabağda hərbi əməliyyatların başlanmasını istisna etmir.

Bunu Prezident Administrasiyası rəhbərinin müavini, PA beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O, Ermənistanın cəbhə bölgəsində, qoşunların təmas xəttində törətdiyi son hadisələri şərh edərkən bunu təxribat adlandırıb və müharibənin başlaması ehtimalını nəzəri baxımdan istisna etmədiyini deyib.

“Tərəflər arasında iki ildən çox müddətdə heç bir danışıq aparılmadı. Sonra danışıqlar baş tutdu. Ermənilər guya konstruktiv mövqe nümayiş etdirməyə başladılar. Amma üstündən bir müddət keçəndən sonra ermənilər yenidən ucuz tryuk və üsullardan istifadə edərək beynəlxalq ictimai rəyə təsir göstərməyə çalışırlar. Ermənilər diversiya əməlləri fonunda dünya ictimaiyyətində Azərbaycan barədə yanlış təsəvvür yaratmağa çalışırlar. Ermənistan dünyada bununla elə rəy yaratmağa çalışır ki, o, guya sülh tərəfdarıdır, Azərbaycan isə buna qarşıdır. Amma Ermənistan rəhbərliyinin bu ənənəvi təxribatçı taktikası öz ölkəsini dalana sürükləyir” - deyə, PA rəsmisi bildirib.

N.Məmmədov müharibənin başlaya bilməsi ehtimalını istisna etməyib:

“Əlbəttə, biz sülh tərəfdarıyıq, amma erməni tərəfinin təxribatlarını da cavabsız qoymayacağıq. Ola bilər ki, Ermənistan rəhbərliyi belə təxribatçı əməllərlə özünə təsəlli və təskinlik verir, amma onların bu cəhdləri əbəsdir”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.