Ərdoğanın İstanbulda təqdim etdiyi sensasion şəkil fotoşop işi çıxdı
  • Türkiyənin ana müxalifət partiyası CHP baş nazir Rəcəb Tayyib Ərdoğanın bu gün topluma təqdim etdiyi etdiyi sensasion fotoşəkilin saxta olduğunu bildirib.

Ərdoğanının təqdim etdiyi həmin şəkildə CHP lideri Kamal Qılıcdaroğlunun əlində korrupsiya dosyesi tutmuş halda təsvir edilib və həmin dosyenin üzərində İstanbul bələdiyyə başçılığına CHP-dən namizəd Mustafa Sarıgülün adı qeyd edilib. Lakin CHP liderinin köməkçisi Emrehan Halıcı "Hürriyet"ə yazdığı məktubunda sözügedən şəkilin təhrif olduğunu bildirib.

Onun sözlərinə görə, şəkilin orijinalında Sarıgülün adı deyil, Türkiyə prezidenti Abdullah Gülün adı yer alır. "Orijinal fotoşəkildə həm də Kemal Unaktan və Şaban Dişli kimi AKP-lilərin də adı var, onların da dosyeləri təhrif edilib",- deyə Halıcı bildirib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.