"Google" "Motorola"nı satdı
  • Amerika Birləşmiş Ştatlarının "Google" internet-şirkəti özünə məxsus "Motorola Mobility" mobil telefon şirkətini Çinin kompüter istehsalçısı "Lenovo" şirkətinə satıb.

Gözlənilmədən açıqlanan satışın qiyməti 2,91 milyard dollar təşkil edib. "Google" 2 il əvvəl "Motorola Mobility"ni 12,5 milyard dollara almışdı. Satışa baxmayaraq, «Google» şirkəti «Motorola»nın patentlərinin əksəriyyətinə olan hüququnu saxlayıb.

İndi Çinin "Lenovo" kompüter şirkəti "Motorola" alışı vasitəsilə özünün smartfon sektorunu da inkişaf etdirmək niyyətindədir. Bununla da, "Lenovo" "Samsung" və "Apple"dan sonra dünyanın üçüncü böyük smartfon istehsalçısına çevrilməyi hədəf alıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.