Facebook-un gəlirləri artır
  • Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook son rüb üzrə hesab verib: resursun səhifələrində mobil reklam satışlarının artması nəticəsində gözləntilərdən yuxarı nəticə göstərib.

Hesabat rübündə Facebook şəbəkəsində mobil reklamların satış həcmi ilk dəfə fərdi kompüter üçün reklam satışlarının həcmini ötüb.

2013-cü ilin son rübündə Facebookun mədaxili 63% artaraq 2,59 milyard dollar olub, şirkətin əməliyyat gəliri 1 səhm üçün 31 sent təşkil edib. İnternet istifadəçilərinin təxminən 50%-nin qeydiyyatdan keçdiyi Facebook sosial şəbəkəsi ötən rübdə reklam sahəsində böyük üstünlük göstərib: mobil reklam kampaniyalarından əldə olunan gəlirin həcmi 1,25 milyard dollar təşkil edib ki, bu da ümumi reklam gəlirinin 53%-ni təşkil edib.

İnvestorlar ümumilikdə şirkətin rüblük məlumatlarını müsbət qəbul ediblər.

Şirkətin mənfəəti 8 dəfə artaraq 523 milyon dollar olub, halbuki bir il əvvəl bu göstərici 64 milyon dollar təşkil etmişdi.

Emarketer şirkətinin proqnozlarına əsasən, 2015-ci ilədək Facebook şirkəti rəqəmli reklam bazarının 9%-nə sahiblənəcək.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.