“Facebook” 10 yaşını qeyd edir
  • Şirkət 10 il ərzində dünyada bir ay ərzində 1,23 milyard istifadəçisi olan ən böyük sosial onlayn -resurs statusuna nail olmağı bacarıb.

Dünya şöhrətli sosial Şəbəkə olan “Facebook” 10 yaşını qeyd edir. Şirkət 2004-cü ilin bu günü Mark Zukerberq tərəfindən Harvardda oxuyarkən otaq qonşuları ilə birgə yaşayarkən yaradılıb.

Əvvəlcə sayt “Thefacebook” adlanırdı və ona giriş sadəcə Harvard universitetinin tələbələrinə mümkün idi. Daha sonra qeydiyyatı ABŞ-ın edu domenli elektron ünvanı olan digər universitet tələbələri üçün də açdılar.

2006-cı ilin sentyabr ayından isə sayta giriş elektron ünvanı olan 13 yaşından yuxarı bütün internet istifadəçiləri üçün açıldı. 10 il ərzində “Facebook” 200 milyarddan çox dostluq əlaqələri qurub.

2009-cu ildə “Favebook” ilk dəfə sosial şəbəkədə “Like” düyməsini yaradıb ki, indi ondan dünyada orta hesabla 6 milyard insan istifadə edir. Şirkət 10 il ərzində dünyada bir ay ərzində 1,23 milyard istifadəçisi olan ən böyük sosial onlayn -resurs statusuna nail olmağı bacarıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.