Hamı bu yazını layk eləsin! (VİDEO)
  • Harvard universitetinin tələbələri üçün yaradılan bu şəbəkədə indi saatda 1200 istifadəçi qeydiyyatdan keçir.

2006-cı ildən etibarən Facebookda 13 yaşdan yuxarı olan hər kəs qeydiyyatdan keçə bilər. Amma reallıq bu yaş həddinin 13-dən də aşağı olduğunu göstərir. Bu şəbəkə vasitəsilə hər gün milyardan çox adam bir birinə şəkil, video və digər məlumatlar göndərir. 2009-cu ildə tətbiq olunan Layk düyməsindən gün ərzində orta hesabla 6 milyard dəfə isitfadə olunur.


İndi Facebook sizin haqda olan bütün məlumatları hansı əhval ruhiyyədə olmağınız, nə düşündüyünüz, harda olmağınız, sevgi münasibətlərində olub olmadığınız haqda informasiyanı hamıya çatdırır. Amma sizə elə gəlir bu məlumatları ancaq sizin dostlarınız görə bilir. Gəlin baxaq Facebook dünyaya nə verdi?

Gənclər arasında daha çox məşhur olan bu sosial şəbəkə ərəb baharı adı altında başlayan və indiyə kimi davam edən Misir inqilablarının əsas istiqamət verici mənbəyi hesab olunur.

Azərbaycanda da gənclər sanki daha çox Facebookda dilə gəlir, burada vətənpərvərlik hisslərini biruzə verməyə başlayır. Cəmiyyətdə, ətrafında gördüyü nöqsanları gün ərzində içində saxlayıb məhz axşam Facebookda status formasında paylaşanlar sırasında bizim gənclər də var. Düzdü bu statuslarda ifadə edilən qəzəbin real həyatda təzahürü daha zəif görünsə də, statuslar əksinə kəskin olur.

Bu baxımdan Facebook insanları cəmiyyətdən təcrid edən vasitələrdən biridir. Uzun müddət cəmiyyətdən ayrı düşən insan birdən birə ora qayıdanda təbii ki, daha qəzəbli və idarəolunmaz olur.

Miçiqan universitetinin alimləri Facebook-un insan aktivliyini azaldan, tənhalığa gətirən, depressiya yaradan və insanı bədbəxt edən bir vasitə olduğunu bildiriblər.
Onların fikrincə, təqribən 3-4 ildən sonra Facebook gənclər arasında dəbdən düşərək yerini daha müasir sosial şəbəkələrə verəcək.

Burada Leninin sözlərini xatırlayaq. O deyirdi ki, həbsdə oturan biri üçün, işgəncə qəzet və jurnalsız həyat sürməkdir. Amma müasir zamanda bir çoxları üçün işgəncə Facebook-da öz xəbər lentini yoxlaya bilməməkdir. Facebook dili ilə desək, biz Leninin bu statusunu layk edirik!

Qeyd edək ki, dünyada ən çox Facebook istifadəçisi Çindədir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.