“Twitter”də şok geriləmə
  • Mikrobloqlar servisi “Twitter”in səhmləri bu gün “Nasdaq” birjasında 24 faiz ucazlaşaraq 50 dollara düşüb.

Bir gün öncə işin sonunda səhmlərin qiyməti 65,97 dollar olub. Şirkətin qiymətli kağızları 511 milyon dollarlıq rüblük itkilər barədə verilən məlumatdan sonra düşüb, şirkətin rüblük daxilolmaları isə cəmi 243 milyon dollar olub. Bir il qabaq isə dördüncü rübdə sosial şəbəkənin itkiləri cəmi 8,7 milyon dollar olmuşdu. Amma analitiklər dördüncü rübə görə, 218 milyon dollar daxilolma gözləyirdilər ki, bunun 18 milyon dolları gəlir olmalı idi. “Twitter” həm də auditoriyanın artım tempinin azalması ilə fərqlənib. Dekabr ayında illik hesabla istifadəçilərin sayı 30 faiz artıb. Halbuki, daha öncəki ilin nəticələrinə görə, istifadəçilərin sayı 39 faiz artmışdı. Həm də “Twitter”in menecerləri sərmayəçiləri geriləmənin müvəqqəti meyl olmasına inandıra bilməyiblər.

2013-cü ildə sosial şəbəkəyə 665 milyon dollar pul daxil olub. Təmiz itkilər isə 645 milyon dolları keçib. Bir il qabaq isə “Twitter”ə 317 milyon dollar daxil olduğu halda itkilər 80 milyon dollar təşkil etmişdi.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.