Ledi Qaqa yeni rekorda imza atıb
  • Avanqard geyimləri ilə hamını şoka salan Ledi Qaqa yeni rekorda imza atıb. Amerikalı müğəni dostlarının sayı 20 milyonu keçən ilk "Twitter" istifadəçisinə çevrilib.

2-ci yerdə 18 milyon dost ilə müğənni Castin Biber, 3-cü və 4-cü yerlərdə isə müvafiq olaraq 15.7 və 14.5 milyon dostla Ketti Perri və Şakira gəlir.

Başqa Hollivud ulduzlarından fərqli olaraq "Twitter" səhifəsinə şəxsən nəzarət etdiyini və səhifəni tez-tez yenilədiyini deyən Ledi Qaqa, fanatlarının sayını nəzərə alaraq, artıq öz sosial şəbəkəsini yaratmaq niyyətindədir. İnternet şərhçiləri ingilis dilində “Little Monsters, yəni “Balaca Divlər” adlandırılacaq özəl şəbəkənin funksional baxımdan rəsm-paylaşım saytı “Pinterest”ə bənzədiyini bildirir.

Maraqlı faktı da qeyd edək ki, "Twitter"də ən çox dostu olan Ledi Qaqanın digər sosial şəbəkələrdə, o cümlədən "Facebook"da 48 milyon, Google+ şəbəkəsində isə 800 mindən çox fanatı var.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.