Avropa fahişəliydən pul qazanmaq istəyir
  • Fahişələr və narkotika ticarəti Böyük Britaniya ümumi daxili məhsulunu 16 milyard dollar (10 milyard funt sterlinq) artıracaq.

Bu barədə bu gün Briitaniyanın “THe Times” qəzeti yazıb. Qəzet bildirir ki, bu, Avropa Birliyi üzvlərinin iqtisadiyyatının ölçüləri barədə statistik göstəricilərinin bir-birinə uyğun gəlməsi üçün lazımdır. Çünki Niderland kimi bir sıra ölkələrdə fahişəlik və narkotiklərin istifadəsi leqaldır. Buna görə də qalan ölkələr də bu cür iqtisadi fəaliyyət barədə göstəriciləri də öz statistikalarına daxil etməlidir ki, Avropa büdcəsi daha ədalətli paylana bilsin. İndiyə kimi bu qanun rədd edilirdi, amma keçən il Avropa parlamenti bu qaydaların tətbiq edilməsini təkid edib.

Nəzərə alınır ki, bu zaman qanunsuz fəaliyyət yox, yalnız “tərəflər arasındakı könüllü anlaşma” nəzərə alınacaq. Ehtimal edilir ki, fahişələrin iqtisadi fəallığının həcmi ildə 3 milyard funt sterlinqə, narkotiki ticarətininki isə 7 milyard funt sterlinqə çatır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.