Dünyanın ən bahalı 3 şirkəti
  • Bazar kapitallaşdırmasının həcminə görə dünyanın ən bahalı şirkəti “Apple” korporasiyası hesab olunur.

10 fevral tarixinə olan məlumata görə, şirkətin bazar kapitallaşdırması 472 milyard dollar təşkil edib. Dünyanın ikinci ən bahalı şirkəti “Google” internet şirkəti olub.

Bu şirkət “Exxon Mobil” neft şirkətini ikinci yerdən sıxışdırıb çıxarıb. Fevralın 10-da ABŞ birjalarında hərracların nəticəsinə görə, “Google” şirkətinin bazar kapitallaşdırmasının həcmi 394 milyard dollar, “ExxonMobil”da isə 388 milyard dollar olub.

Hər iki şirkətin səhmlərinin birja kotirovkası azalıb, lakin “ExxonMobil” daha çox ucuzlaşıb.

Beləliklə, “Google” bazar kapitallaşdırmasına görə dünyanın ən bahalı şirkətləri siyahısında tarixində birinci dəfə ikinci yerdə qərarlaşıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.