Gürcüstan prezidenti Azərbaycana gəldi
  • Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə çərşənbə günü Gürcüstan prezidentinin Administrasiyasından xəbər verilib.

Səfər çərçivəsində Marqvelaşvilinin ölkə rəhbərliyi ilə görüşləri planlaşdırılıb. Rəsmi görüşlərdən sonra Gürcüstan prezidenti nümayəndə heyətinin üzvləri ilə Bakıda Fəxri xiyabana baş çəkərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edəcək.

Gürcüstan lideri Şəhidlər xiyabanında ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş qəhrəman oğulların xatirəsini yad edəcək, “Əbədi məşəl” memorial abidəsinin önünə əklil qoyacaq.

Gürcüstan prezidenti fevralın 13-də Azərbaycanın Qax rayonuna səfər edəcək və orada yerli gürcülərlə görüşəcək. Həmçinin Qəbələ şəhərində olacaq.

Səfər zamanı bir sıra sənədlərin imzalanacağı gözlənilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.