Deputat İTV-dən qovulan aparıcını müdafiə etdi
  • “Azərbaycanda ondan daha bərbad geyim formasında efirə çıxanlar var. Onu dərhal işdən çıxarmalısınız?”

Milət vəkili Fazil Mustafa İctimai Televiziya "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın işdən çıxarılmasına münasibət bildirərkən deyib.

O, vurğulayıb ki, həmin qadının işdən çıxarılması ilə bağlı qərarın bu cür təqdim olunması təqdirolunmazdır. “Başqasının həyatına bu cür müdaxilə etmək olmaz. Bunu edənlər düşünməlidir ki, bu cür hadisələr sabah öz başlarına da gələ bilər”.

Qeyd edək ki, İctimai Televiziya "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanova ilə yollarını ayırıb. Buna səbəb Leyla Aslanovanın geyiminin sosial şəbəkələrdə və xəbər portallarında ən çox müzakirə olunan mövzulardan birinə çevrilməsi olub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.