Siyavuş Novruzov reper Anar Nağılbazdan danışdı
  • Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov sabiq deputat Rizvan Cəbiyevin oğlu Anar Nağılbazın müxalifətə keçməsinə münasibət bildirib.

S.Novruzov “Yeni Müsavat” qəzetinə müsahibəsində A.Nağılbazın bu addımını ölkədə vətəndaşların sərbəst seçim hüququnun təmin olunması ilə əlaqələndirib:

“Hər bir vətəndaşın özünün seçimi var. Biz azad ölkədə, demokratik cəmiyyətdə yaşayırıq. Hərə öz seçimini edir. Bu insan da mövqeyini seçib, özü bilər. Ancaq onun orda olması heç nəyi dəyişmir. Atası YAP-ın çoxdankı üzvüdür, bir neçə çağırış Milli Məclisin deputatı olub, indi də təqaüddədir”.

YAP-çı deputat oğlunun müxalifətə keçməsi ilə bağlı R.Cəbiyevə hər hansı irad bildirilmədiyini qeyd edib:

“Yenə deyirəm, seçim insanın özünə məxsusdur. İnsan bu yolu seçibsə, özü bilər. İndi elə bir dövrdür ki, qardaş qardaşa, oğul ataya, ata oğula cavabdehlik daşımağa çətinlik çəkir. Ona görə də hərənin öz seçimi var. Adam tanıyıram, uşaqların hərəsini bir partiyaya göndərir ki, harada imkan düşsə... Belə hallar vaxtilə də olub. Bu adamın isə orda olması heç nəyi dəyişmir. Yəni ümumiyyətlə, Azərbaycan cəmiyyətində heç bir göstərici deyil”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.