Prezident Administrasiyasından “Sovetski”də sökülən evlərlə bağlı (AÇIQLAMA)
  • Artıq bir neçə ildir ki, ölkəmizdə, xüsusilə də Bakı şəhərində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir.

Yeni parklar salınır, müasir binalar, mədəniyyət abidələri və s. inşa olunur. Bütün bunlar paytaxtımızın inkişafına, müasirləşməsinə xidmət edir.

Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
“Bəzi hallarda layihələrin icrası zamanı vətəndaşların köçürülməsinə ehtiyac yaranır və bu işə məsul orqanlar vətəndaşlara müvafiq kompensasiyalar ödəməklə zəruri tədbirlər həyata keçirirlər. Tam əminliklə deyə bilərəm ki, bu günə qədər olduğu kimi, bundan sonra da vətəndaşların mülkiyyət hüququ ilə bağlı hər hansı problem olmayacaq. Köçürülmə nəzərdə tutulan ərazi, köçürməni həyata keçirən orqanlar, kompensasiyaların məbləği artıq müəyyənləşmişdir və bütün bu məsələlər müvafiq qaydada tənzimlənəcəkdir”.
Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.