Birinci xanım tanınmış caz ifaçısı Di Di Bridjuoterin konsertində olub
  • Məşhur caz ifaçısı, "Qremmi" və "Toni" mükafatı laureatları Di Di Bricuoter (Dee Dee Bridgewater) fevralın 12-də Bakıda Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edib.

Müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsertdə onu milyonların sevimlisinə çevirən məşhur kompozisiyalarını ifa edib.

Əsl adı Dennis Qarret olan olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulub. Karyerasına vətənində başlasa da, Fransada şöhrət qazanıb.

Di Di Bricuoter ilk professional təcrübəni əfsanəvi Ted Cons/Mel Levis Caz Orkestrində (The Thad Jones/Mel Lewis Jazz Orchestra) keçib və ötən əsrin 70-ci illərində o, Maks Rouç (Max Roach), Sonni Rollinz (Sonny Rollins), Dekster Qordon (Dexter Gordon), Dizzi Gillepsi (Dizzy Gillespie) kimi məşhur caz ifaçıları ilə birgə çıxış edib.

Müğənni 1980-ci ildə Fransaya köçüb və bir neçə il ərzində Avropanın bütün caz fetivallarında iştirak edib, öz orkestrini yaradıb.

1998-ci ildə kumiri Ella Fitsceraldın (Ella Fitzgerald) xatirəsinə həsr etdiyi "Əziz Ella" ("Dear Ella") albomu iki "Qremmi" mükafatına layiq görülüb. Eləcə də onun tanınmış caz ifaçısı Billi Holideyə ithaf etdiyi "Eleanora Faqan (1915-1959): Di Didən Billiyə sevgi ilə" ("Eleanora Fagan (1915-1959): To Billie With Love From Dee Dee") adlı albomu "Qremmi" alıb.

Di Di Bricuoter musiqili teatrda da fəaliyyət göstərib. O, 1975-ci ildə "Viz" ("The Wiz") musiqili tamaşasında oynadığı Qlinda roluna görə "Toni" mükafatı alıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.