Ziya Məmmədov bolqar nazirlə görüşdü
  • Nəqliyyat naziri Ziya Məmmədov Bolqarıstanın iqtisadiyyat və energetika naziri Draqomir Stonyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Z.Məmmədov son illər Azərbaycan iqtisadiyyatının inkişafından, irimiqyaslı islahatların həyata keçirilməsindən, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən, o cümlədən Azərbaycanın yol-nəqliyyat sektorundakı yeniliklərdən, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən danışıb.

Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən nazir bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb. Nəqliyyat sektorunu əhatə edən sahələr - dəmiryol, avtomobil nəqliyyatı və avtomobil yolları barədə ətraflı məlumat verən Z.Məmmədov bu istiqamətdə Bolqarıstanla əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu və bu əməkdaşlığın həm Azərbaycanın, həm də Bolqarıstanın nəqliyyat infrastrukturunun inkişafına xidmət etdiyini vurğulayıb.

Öz növbəsində, Azərbaycanda nəqliyyat sektorunda əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən xəbərdar olduqlarını vurğulayan D.Stonyev iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.

Görüşdə, eyni zamanda, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr və görülən işlər, həmçinin iki ölkə arasında nəqliyyat sahəsində normativ-hüquqi bazanın yaradılması məqsədilə müvafiq sazişlərin işlənib hazırlanması, Bolqarıstan şirkətlərinin Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələrdə iştirak imkanları məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.