Facebook-un “cinsiyyət” qrafasında variantların sayı artacaq
  • Hal-hazırda orada yalnız “kişi” və “qadın” variantları mövcuddur. Facebook-un “cinsiyyət” qrafasına 50 yeni variant əlavə ediləcək.

Facebook resursunun yaradıcıları istifadəçilərə 50 gender növü təklif ediblər. Artıq o siyahıya interseksual və ya androgin kimi seçimlər də daxil ediləcək.

Bundan əlavə, bu siyahıya daxil olan “bigender”, “transseksual”, “androgin” və ya 50 digər seçimi edərkən öz cinsi mənsubiyyətinizi gizli saxlaya bilərsiniz.

Bu yenilikdən başqa “səhifənin idarə edilməsi” xronikada qeyd edilməsi üçün şəxs əvəzliklərindən istifadə seçimi verilir. Variant olaraq “onu/ona” və ya “onlara/onları” kimi variantlar təklif edilir.

2012-ci ilin yayında, eynicinsli cütlüklər üçün sosial şəbəkədə “bəy-bəy”, “gəlin-gəlin” işarələri əlavə edilib.

Facebook-da 1,15 milyard istifadəçi qeydiyyatdan keçib, amma yeni cinsiyyət göstəricisi variantları yalnız 159 milyonluq amerikalı sosial şəbəkə auditoriyasına açıq olacaq.

Fərz edilir ki, müzakirələrdən sonra bu yenilik müxtəlif dillərdə olan akkauntlar üçün də istifadəyə açıq olsun, amma bunun nə vaxt baş verəcəyi hələ məlum deyil.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.