İranda pedofili asdılar +13 (VİDEO - FOTO)
  • İranda adam qaçırmaq və zorlamaqda ittiham olunan 2 nəfər ictimaiyyətin gözləri önündə asılaraq edam olunub.

BBC Fars agentliyinin verdiyi məlumata görə, məhkəmə məhkumlardan birinin 8 yaşlı qızı qaçırdığını və onu zorlayaraq öldürdüyünü bildirib.

Digər məhkumun isə polis geyimi ilə bir neçə qadını aldadaraq qaçırdığı, onları qarət etdiyi və zorladığı bildirilib.

Məhkəmə heyəti və zərərçəkmişlərin qohumlarının da iştirak etdiyi edam hökmü Şiraz şəhərinin ən böyük meydanlarından birində, ictimaiyyətin gözlərinin qarşısında yerinə yetirilib.

Xəbərdə, İran qanunvericiliyinə görə zorlama cinayəti işləyənlərin edam olunduğu bildirilir.

16 yaşından kiçiklərin fotolara baxması məsləhət görülmür.

(ANS)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.