Şumaxerlə bağlı araşdırma açıqlandı
  • Fransada xizək sürərkən yıxılaraq başından ciddi travma alan və uzun müddətdir ki, koma vəziyyətində olan alman avtopilot Mixail Şumaxerlə bağlı rəsmi araşdırmanın nəticəsi açıqlanıb.

Şumaxer havada 10,4 metr uçandan sonra başını qayaya çırpıb. Araşdırmanı tamamlayan prokuror Patrik Quinci qəza zamanı heç kimin günahkar olmadığını və təhqiqatın bitdiyini deyib.

Məlumata görə, M.Şumaxer xizək üçün nəzərdə tutulan yoldan 4,5 metr kənara çıxıb və yeni yağan qarın altında qalan qayaları görməyib. Nəticədə qayalardan birinə çırpılaraq havalanıb. Bir necə metr havada gedəndən sonra başı ikinci dəfə qayaya çırpılıb.

"Başındakı şlemin üzərinə yerləşdiirlən kameranın onun xəsarətlərində heç bir rolu olmayıb. Kamera öndə olub, lakin onun başının sağ hissəsi zədə alıb. O,bədbəxt hadisə nəticəsində yaralanıb. İstirahət mərkəzinin əməkdaşlarının qəzada heç bir günahı yoxdur".

Qeyd edək ki, alman avtopilot, yeddi qat dünya çempionu ötən ilin dekabr ayında qəzaya uğramışdı.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.